- Cəmiyyət

Türkiyədə ən təhlükəli terrorçu məhv edilib

Türkiyədə Eren Abluka silsilə əməliyyatları çərçivəsində ən təhlükəli terrorçu olan Hamiyet Yalçınkaya zərərsizləşdirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, terrorçunun “qırmızı kateqoriya” üzrə axtarışda olduğunu bildirib.

H.Yalçınkayanın kod adı Leyla Amed olub.