- Manşet, Mədəniyyət

Yazıçı kitablarını kitabxanaya hədiyyə edib

 

Bu gün Pərvanə Bayramqızı müəllifi olduğu “Yaza bilməyən yazıçı”  və yenicə çapdan çıxan “Karantin zədəsi” adlı kitablarını Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə etdi. Hər iki kitabda müəllifin cəmiyyətin problemlərindən bəhs edən köşə yazıları, müxtəlif mövzularda statusları, şeir və hekayələri yer alıb. Onun yaradıcılığında diqqəti cəlb edən məqamlardan biri də oxucu-yazıçı ünsiyyətidir. Mövzunun qoyuluşu oxucunu yazıçı ilə fikir mübadiləsi yürütməyə sövq edir. Ədəbi mühitə ilk dəfə şeir kitabı ilə qatılan yazıçı son vaxtlar şeir yazmadığını, özünü daha çox nəsrdə ifadə edə bildiyini deyir. Karantin qaydalarına uyğun təşkil edilən iş rejimi ilə çalışan kitabxanaçılar pandemiya səbəbilə oxucu qəbulunun və mədəni-kütləvi tədbirlərin  təşkilinin dayandırılmasının kitabxanada süst mühit yaratdığını, belə bir vaxtda müəllifin kitabxana ilə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirdilər. Kitabxanaçı İlahə İmanova eyni zamanda oxucularla virtual əlaqə saxlamağın, bu yöndə görülən işlərin ənənəvi kitabxanaçı və oxucu ünsiyyətini əvəz edə bilmədiyini vurğuladı. Karantin rejiminin bitəcəyini gözləyən Natəvan  Uğurlu oxuculara xidmət etməkdən zövq aldığını söylədi.