- Dil

Belə bir müqaviməti təşkil edib öndə getmək lazım imiş

Hal-hazırda büsbütün narazılıq və şikayətlərlə dolu bir dövrdə yaşayırıq. Sosial media, qəzet və jurnallar, yığıncaq və görüşlər tənqid üzərində yüklənib. Hamı hər şeyi tənqid edərkən, tənqidin məqsəd və məramı da qaranlıq qalır. Göz önündəki eybəcərləkləri sanki görməyənlər daha qlobal məsələlərdən bəhs edir, “başdan iylənən balıq” prinsipi ilə yaxalarını kənara çəkirlər. Və yaxud, “əşi, düzələn deyil”, “hər yer belədir” prinsipi ilə özünü pis kişi etməyənlər.

FADMM-nin fəaliyyəti göstərdi ki, “balıq heç də başdan iylənmirmiş”. Sən demə, bəzi ciddi məsələlər düzələn imiş. Sadəcə, özündən bədgüman bəzi şəxslərə müqavimət göstərmək, daha doğrusu, belə bir müqaviməti təşkil edib öndə getmək lazım imiş. Nəticədə, dilimiz eybəcərləşmək təhlükəsindən qurtuldu, qoşa “y”-lar yerində möhkəm dayandı. Şəhərimizin yaddilli reklamlardan qurtulması da bütün ciddiyyəti ilə gündəmdə yer aldı. Bu işdə xidməti olan hər bir kəsi, xüsusilə Vasif Sadıqlını FADMM kimi tanınan qurumun yubileyi münasibəti ilə təbrik edirəm. Qurumun qarşıda daha böyük qələbələr qazanacağına şübhəm yoxdur.

Aida QASIMOVA, professor