- Mədəniyyət

“Emmi” mükafatına namizəd serialların adları açıqlanıb

Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən beynəlxalq “Emmi” mükafatlarına namizədlər açıqlanıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, 74-cü dəfə təqdim olunacaq mükafat sentyabrın 12-si sahiblərinə veriləcək.

Mükafatlar arasında “Netflix”in “Squid Game” serialı ən yaxşı dram nominasiyasında “HBO”nun “Succession” serialı ilə namizəddir.

Bunlardan başqa, “Ted Lasso” və “The White Lotus” 20 nominasiyada, “Hacks” və “Only Murders In The Building” 17 nominasiyada və “Euphoria” 16 nominasiyada mükafatın favoritləridir.