- Mədəniyyət

İngilis dilində hazırlanan “Anamın kitabı” yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi olan “Anamın kitabı” tamaşası ingilis dilində nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, martın 10-da təqdim olunacaq görkəmli dramaturq Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşada əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdən bəhs edir.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.