- Mədəniyyət

Musiqili Teatrda yeni tamaşa – “Anamın kitabı”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Mədəniyyət Nazirliyinin yeni layihəsi – “Anamın kitabı” tamaşasının son məşqləri gedir.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yaxın günlərdə premyerası nəzərdə tutulan bu səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb.

Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər.

İngilis dilində hazırlanan tamaşada əsas məqsəd doğma dilimizin – ana dilimizin təbliğatı istiqamətinə yönəlib.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.