- Ədəbiyyat

Oskar UAYLD. Hamı sevdiyini öldürür

Sevdiyini hamı öldürür
Qoy hamı eşitsin bunu.
Kimsə sərt baxışı,
Kimsə şirin sözü ilə.
Qorxaq öpüşlə,
Cəsur xəncərlə.

Kimsə gəncliyində,
Kimsə qocalanda.
Kimsə şəhvətlə boğur,
Kimsə qızılla.
Rəhmlisi bıçaqla,
Bədən tez soyusun.

Kimsə az sevir,
Kimsə çox.
Kimsə satır,
Kimsə alır.
Kimsə göz yaşı tökür,
Kimsə göz qırpmadan
Sevdiyini hamı öldürür
Cəzasını hamı çəkmir…

İngiliscədən çevirəni Aygün ƏZİZ