- Mədəniyyət

“Qu gölü” baleti nümayiş olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baletsevərlər tərəfindən hər dəfə böyük maraqla qarşılanan bu səhnə əsəri bu dəfə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilib.

Bu dəfə səhnə əsərində əsas rolları Rusiyanın Mariinski Teatrının aparıcı solistləri Nadejda Batoyeva və Flipp Styopin ifa ediblər. Balet Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.