- Dil

Ürəyində, yuxularında ana dilində danışmırsansa, azərbaycanlı deyilsən

Hesab edirəm ki,hər bir insanın kinliyi onun dilindən başlayır. Bu mənada Vətən anlayışı da məncə  ilk növbədə dil ilə bağlıdır. Bələki istəyirsən sən Amerikada yaşa, Fransada yaşa, İngiltərədə yaşa — harda yaşayırsan yaşa, əgər öz ana dilini unutmamısansa, sən hələ Azərbaycanlısan. Yox əgər sən Azərbaycanda belə yaşayıb ana dilində danışmırsansa dəməli 80-90% Azərbaycanlı deyilsən. Eyni zamanda sən daxili nitqinlə, yəni ürəyində, yuxularında ana dilində danışmırsansa yenə də Azərbaycanlı deyilsən. Bu mənada alimlər sübut etmişlər ki, dil və təfəkkür bir-biri ilə qırılmaz surətdə bağlıdır.

Ulu öndər demişkən, həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam, bu dildə danışır, bu dildə düşünürəm.. Çünki Azərbaycan dili dünyanın ən gözəl dillərindən biridir. Dövlətimizlə bərabər ziyalıların da bu dilin keşiyində durması, onun saflığını qoruması qürurvericidir və gözəl təşəbbüsdür. FADMM-in yaranması isə bu sahədə gözəl addımlardan biridir. Belə ki yarandığı bu bir il ərzində bu ictimai birliyin fəaliyyəti həmişə gözümüzun önündə olub və biz bu fəaliyyəti daim izləmişik. Bu qurumun sədri və bu qurumun tərkibində olan ziyalılar həmişə qaldırdıqları və həll etməyə çalışdıqları problemlərlə daima ictimayyətin diqqət mərkəzindədir.Ötən bir il ərzində dilimizin saflığının qorunması, dil haqqında qanunlara əməl edilməsi, xüsusilə Bakımızın küçə və prospektlərində ana dilindən dövlət qanunlarına uyğun istifadə edilməsi sahəsindəmanitorinqlər keçirmiş, mücadilə etmişlər. Bu sahədə müxtəlif istiqamətlərdə işlər görmüş FADMM-in faəliyyəti ziyalılarımız tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.  Mən bir ziyalı olaraq onların bir il ərzindəki fəaliyyətini yüksək qiymətləndirir, onlara uğurlar arzu edirəm. Əziz FADMM-çılar, fəaliyyətinizin bir ili münasibəti ilə sizi təbrik edirəm.

Tərlan QULİYEV, professor