Gülyaz ƏLİYEVA
Yarandığı mart ayından bəri FADMM tərəfindən şəhərin Azərbaycan prospekti, 28 May küçəsi və Bakı vağzalyanı küçə, M.Ə.Rəsulzadə , M.Şərifzadə, M. Füzuli, Ş.Qurbanov, H.Cavid, Ə.Haqverdiyev küçələrindən 500-dən artıq şəkil çəkilib, linqivistik təhlilləri verilib, dil haqqında qanun və fərmanlardan sitatlarla ictimaiyyətə təqdim olunub. Bu gün sizi B.Vahabzadə küçəsinin dil mənzərəsi ilə tanış edəcəyik. Çətin pandemiya şəraitində, istidə, küləkdə, yağışda Bakı küçələrini qarış-qarış gəzib, “başmaq seyri”nə çıxaraq, təccüblü, qınayıcı baxışlar altında bütün bu şəkilləri çəkməyin əziyyətini çəkən FADMM sədri Vasif Sadıqlıya təşəkkürümüzü bildirdikdən sonra birbaşa mətləbə keçmək istəyirəm. Dilimiz haqqında, dil haqqında verilən qanunlar haqqında, Bakıda bu işin vəziyyəti, qanunun nə dərəcədə işləkliyi haqqında bir kəlmə də demədən ticarət və iaşə obyektlərinin adlarını sizə təqdim edəsəyik.
Baxın, yaxşı -yaxşı baxın .Bu sizin tarix kitabında əcnəbicə yazəlmış bir səhifə olacaqdır!Burda Azərbaycan dili özünü yad ölkədəki kimi hiss edir. Burda inana bilmirsən ki, bura Azərbaycanın paytaxtı Bakı şəhəridir, baxın, burda Azərbaycan dili dövlət dilidir və Azərbaycan dilinin dövlət dili olması ilə əlaqədar bir sıra qanun və fərmanlar verilib. İnanmırsınızsa, siz də baxın. Baxın, bura paytaxtın ömrü boyu ana dilini təbliğ edən :
“Siz ey doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,”
– deyən B. Vahabzadənin adını daşıyan küçədir. Deyəsən , burada vətən çörəyi hamıya qənimdir!
Burda küçədən çəkilmiş şəkillər özü hər sözü və bu vəziyyətin nə yerdə olduğunu açıq-aşkar deyir. Bizim nəsə deməyimizə, belə başa düşürəm ki, heç bir ehtiyac qalmır.
B.Vahabzadə küçəsində 48-ədək şəkil çəkilib. Onlardan 14-ü əcnəbi, 2- si türk, 10 -u qarışıq , iki dildə, 1– i hibrid, 13-ü azərbaycancadır.
Acınacaqlı haldır ki, xarici dildə yazılanlar nə qədər gözoxşayan, təmtəraqlı yazılıbsa, Azərbaycan dilində yazılanlar, bir o qədər savadsız, zövqsüz və kasıbcasına yazılışı ilə yadda qalır. Kompüter sözü isə 3 yerdə üç cür yazılıb. Birində “Kompyuter”, birində “komputer”, birində isə “kompüter” şəklində. Bu da bizim orfoqrafiyamızın son zamanlar bir neçə dəfə dəyişmısinin gözəl nəticəsindən xəbər verir. Əhsən, bizlərə! Həmçinin, azərbaycanca yazılanları da sanki təkcə bu dilin orfoqrafiyasını deyil, dilin özünü, onun leksikası və qrammatikasını bilməyən, ya da təzəcə öyrənən əcnəbi birinə yazdırmışlar. Məsələn , “Can ət”, “Qoç ət”, “Kabab keyfi” , “Buzov Dönər”, “Padişah”.O qədər inkişaf etmişik ki, bu sahədə, hətta hibrid dil də yaratmışıq. “in Manqal”…
Əcnəbi dildə olanlar:
“Barattson”
“Asila beauty center”
Education First
Fashons Digital life noco
Asila
İs MUDO
SUSHİ cafe lounge
Diva Boutiqne
“Mobile Gallery”
Leliga
Game center
Rebus Stationery
Cafe craft
Dessert
Dessert
SO
Beauty
One stop beatityTo SHOP Cosmetick
hoco
mobil Aksesuar
“Köz İskender”
“Büyük Firat”
İskender
Pizza
Pide
Qarışıq- iki dildə olanlar:
“Black WASH” Elmlər- 2020
GolDen “TOUCH
BakleryÇare Pastry”
İş saatı: 07:00 00
“Buzov Dönər”
Buager 100% halal
Balık Ekmek+ Free
“Aybükə Gələndər”
Estetik və gözəlik mərkəzi
“MİGA qraphics”
Ad günlərinin müxtəlif şəkillərin bəzədilməsi
TahTuninotdog
Hot gog -1 azn
Dönər- 1,2 azn
Basdırma dönər – 1, 4 azn
The king BarberSHOP
Smart mobile
Satış: Alış: Təmir Proqram
Egida Daşınmaz əmlak Agentliyi
Masterakademy
Tədris və imtahan mərkəzi
Kunefe kabab
Lahmacun PİDE
Rebus Master of Scence
Kitabla Kompyuter aksesuarları katriclər, Məktəbli mallarıDəftərxana və ofis ləvazimatı
in Manqal
Azərbaycan dilində olanlar:
Padişah-orfoqrafik cəhətdən səhv yazılıb
Kitablar Kompyuter aksesuarları
Printerlır, Katriclər – orfoqrafik cəhətdən səhv yazılıb
Real OPTİKA
Gözün kompyuterlə müayinəsi Eynəklərinsifarişi,Təcili hazırlanması və təmiri – orfoqrafik cəhətdən səhv yazılıb
Printer Skayner
Ksetoks(rəngli , rəngsiz)
laminasiya
Cildləmə
Komputer təmiri- orfoqrafik cəhətdən səhv yazılıb
Xan xəzinəsi
Azərbaycanın ən böyük Bukinist kitab evi
Hər cür kitabların Ausi
Kabab keyfi
Ətriyyat kosmetika gümüş büjiteriya
Sport geyimlər
iydə Parfüm evi-orfoqrafik cəhətdən səhvdir.
Qoç ət- səhvdir
Aptek
Zeytun
Birdəfəlik qablar Falqa, Strec
Ədviyyatlar
Can ət – səhvdir.