AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Nəriman Seyidəliyevin “Məktəblilərin sinonimlər və antonimlər lüğəti” nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Kitabın redaktoru professor Nadir Məmmədli, rəyçiləri filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosent Füzuli Mustafayev və Kəmalə Mustafayevadır.
Lüğətdə sinonimlər və antonimlər əlifba sırası ilə verilib.