- Dil, Maraqlı

Banqkokun gerçək adı və rus dilində ən uzun söz

“SKOMKHPHKJCDPWB” ən uzun abreviatura hesab edilir. Bu, qərbi Malayziyada pul əməliyyatları həyata keçirən kooperativin adının baş hərfləridir.

Bu abreviaturanın özünün də abreviaturası var – SKOMK. Rusiyada ən uzun abreviatura 55 simvoldan ibarətdir: NIIOMTPLABOPARMBETZHELBETRABSBORMONONKONOTDTECHSTROYMONT

Ən uzun söz 1913 hərfdən ibarətdir və bir kimyəvi birləşmənin adıdır.

Amerikalı Çarlz Berri Taunsend hesab edir ki, rus dilində ən uzun söz “гниль”dir. Çünki bu sözün birinci və son hərfinin arasında “Nil” sözü var və bu, uzunluğu 6000 km-dən çox olan dünyanın ən uzun çayıdır .

Alman dilində bir elmi məqalənin ən uzun adı 45 sözdən ibarət idi.

Ən uzun adı olan şəhər Taylandın paytaxtı Bangkokdur. Tay dilində bu ad belədir: Krungthepmahanakhon Amornrattanakosin Mahintharayutthaya Mahadilokphop Noppharat Ratchathaniburirom Udomratchaniwetmahasathan Amonphiman Awatansathit Sakkathattiyawitsanukamprasit (“Mələklər şəhəri, böyük şəhər, zümrüd Buddanın iqamətgahı, alınmaz qala, dünyanın böyük paytaxtı, doqquz qiymətli daşı olan, möhtəşəm kral saraylarında zəngin olan, cənnət məskənlərini xatırladan, Tanrı İndra tanrısı tərəfindən bəxş edilmiş və Visanukam tərəfindən inşa edilmiş şəhər”, – cəmi 167 hərf).
Ginnesin rekordlar kitabında qeyri-adi soyadlara aid bölmə də var. Məsələn, Koreyadakı O soyadı ən qısalardan biridir, Zzzzzzzzzzra soyadına isə istənilən telefon qovluğunun sonunda rast gəlinir.

İngilis dilində ən uzun film adı: “Markiz de Sadınn rəhbərliyi altında Çarenton psixiatriya xəstəxanasının xəstələri tərəfindən Jan Pol Maratın mühakiməsi və öldürülməsi” (Böyük Britaniya, 1966). Filmin adında ən uzun söz isə budur – “Schwarzhunbraunhunshwarzhunweisshunrothunweiss oder Put-Putt” (Almaniya, 1967).