- Dil

Beyninizi inkişaf etdirmək istəyirsinizsə, ərəb dilini öyrənin

İsrail alimləri ana dili ingilis, ərəb və ivrit olan insanların oxuyan və sözləri tanıyan zaman beyin fəaliyyətini təhlil ediblər. Könüllülərə iki eksperiment təklif edilir. Birincidə ekranda onlara ana dilində sözlər və ya mənasız hərf birləşmələri göstərilir. Təcrübə iştirakçısı verilən sözün mənalı olub-olmadığını müəyyən etməli olur, tədqiqatçılar isə cavabın sürətini və düzgünlüyünü qeyd edirlər.

İkinci sınaqda könüllülərə ekranın sol və sağ tərəflərində, gah birində, gah isə hər ikisində eyni vaxtda sözlər göstərilir. Beləliklə, beyinin qarşısında sol və ya sağ yarımkürə ilə göstərilən simvolları ayrıca emal etmək vəzifəsi durur.

Nəticədə ortaya çıxan mənzərə maraqlı olur. İngilis dilli könüllülər və ana dili ivrit dili olanlar yarımkürələrin biri ilə sözləri asanlıqla oxuyurlar. Amma ərəblərin vəziyyəti pis idi: ərəbcə oxuyanda sağ yarımkürə solun resurslarından istifadə etmədən işləyə bilmir. Alimlər belə qənaətə gəliblər ki, ərəb əlifbasının simvollarının oxunması beynin koqnitiv sistemlərini unikal şəkildə aktivləşdirir. Əgər beyninizi inkişaf etdirmək istəyirsinizsə, ərəb dilini öyrənin, deyə alimlər bildirir.

Yazı internet materialı əsasında hazırlanıb