- Mədəniyyət

“Şeyx Sənan” tamaşası nümayiş olunacaq

İyulun 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.