- Mədəniyyət

Şuşa Dövlət Musiqili Dram Teatrında “Danışan gəlincik” tamaşası nümayiş olunacaq

İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın əsas sujet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmağında ona mane olur.

Qeyd edək ki, tamaşa nağıl içində nağıl üslubu ilə davam edir. Balaca tamaşaçılar “Tıq-Tıq” xanımın nağılını da şahzadə xanımın obrazı fonunda izləmiş olacaqlar.